Çaylarda aparılan monitorinqlərin nəticələri

Çaylarda aparılan monitorinqlərin nəticələri
  12 Oktyabr 2013    Oxunub:1165
kologiya və Təbii Sərvətlər Nazirliyi çaylarda aparılan monitorinqlərin nəticələri açıqlayıb.
Azvsison.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-130, Kiçik Qafqazın çaylarında 70-110, Lənkəran-Astara bölgəsi çaylarında 40-100, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.

Tranzit çaylarda hazırkı vəziyyətlə bağlı bildirilib ki, oktyabrın 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 135 m3/s, ongünlük normanın 80 faizini təşkil edir. 2012-ci ildə bir qədər az olmaqla 123,0 m3/s və ongünlük normanın 73 faizini təşkil edib.

Oktyabrın 11-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 145 m3/s olmaqla, ongünlük normanın 136 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə üç dəfə az olmaqla 46,0 m3/s təşkil edib və ongünlük normanın 43 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırkı vəziyyətə gəlincə, oktyabrın 11-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 11, Şirvanda 17, Araz çayının Novruzlu məntəqəsində 19 sm artım, lakin Salyanda və Bankədə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 361 sm (2012-ci il oktyabrın 11-də 327 sm), Şirvanda 219 sm (2012-ci il oktyabrın 11-də 185 sm ), Salyanda 145 sm (2012-ci il oktyabrın 11-də 143 sm ), Bankədə 197 sm (2012-ci il oktyabrın 11-də 205 sm), Araz çayının Novruzlu məntəqəsində isə 93 sm (2012-ci il oktyabrın 11-də 121 sm) təşkil edir.


Teqlər:





Xəbər lenti