Cəbhə xəttində bir erməni yaralandı

Cəbhə xəttində bir erməni yaralandı
  13 Oktyabr 2013    Oxunub:1315
Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla həmsərhəd Tavuş rayonunda bir mülki şəxsin yaralandığı haqda xəbər yayıb.
AzVsison.az virtualaz.org - a istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsurun Ovanisyan mülki şəxsin Azərbaycan ordusunun mövqelərindən açılan atəşlə yaralandığını iddia edib. Bildirilir ki, mülki şəxs əkin sahəsində işləyərkən gülləyə tuş gəlib.
Ayk Kosakyan adlı erməninin avtomobili atəşə tutulub və nəticədə o sinəsindən güllə yarası alıb. Hazırda yaralı erməni xəstəxanadadır, vəziyyəti ağırdır. Azərbaycan Müdafiə Nazirliyi xəbərlə bağlı hələ şərh verməyib.


Teqlər:





Xəbər lenti