İqtisadiyyat üzrə Nobel hansı təhlilə görə verildi?

İqtisadiyyat üzrə Nobel hansı təhlilə görə verildi?
  15 Oktyabr 2013    Oxunub:1154
İqtisadiyyat üzrə Nobel xatirə mükafatı aktivlərin qiymətlərinin təhlilinə görə verilib.
Bu gün İsveçin Kral Elmlər Akademiyası elan etmişdir ki, Alfred Nobelin xatirəsinə təsis edilmiş iqtisadiyyat üzrə mükafat 2013-cü ildə ABŞ-da çalışan üç alimə aktivlərin qiymətlərinin empirik təhlilinə görə verilib.
Laureatlar bunlardır: Lars Piter Hansen, Yucin F.Fama və Robert Şiller.
Qeyd edək i, XIX əsrin sonunda Nobel yalnız beş mükafat vəsiyyət edib: fiziologiya və ya təbabət üzrə, fizika üzrə, kimya üzrə, ədəbiyyat üzrə mükafat və sülh mükafatı.

Bu mükafatların sahibləri keçən həftə məlum oldu. İqtisadiyyat üzrə mükafat sonradan yaradılıb və onun pul mükafatı üçün İsveçin Dövlət Bankı cavabdehdir.

İqtisadiyyat üzrə Nobel mükafatı alanların adlarının elan edilməsi 2013-cü ilin Nobel mükafatı laureatlarının təqdimat həftəsinə yekun vurmdu. Təltifetmə mərasimi Alfred Nobelin vəfatı günü, dekabrın 10-da Stokholmda və Osloda keçiriləcək. Nobel mükafatlarından hər birinin məbləği 8 milyon İsveç kronasına (1,2 milyon ABŞ dollarına) bərabərdir.


Teqlər:





Xəbər lenti