Çin dəniz İpək Yolunun yaradılmasını təklif edir

Çin dəniz İpək Yolunun yaradılmasını təklif edir
  15 Oktyabr 2013    Oxunub:1239
AzVsison.az xarici işlər nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Çin Sakit okean hövzəsi və Cənub-Şərqi Asiya ölkələri ilə dəniz İpək Yolunun yaradılmasını təklif edir.
Çin Xalq Respublikasının sədri Si Cinpinin bu yaxınlarda Malayziya və İndoneziyaya dövlət səfəri zamanı, eləcə də onun iştirakı ilə keçirilmiş Asiya-Sakit okean İqtisadi Əməkdaşlığı (APEC) Forumu liderlərinin 21-ci görüşündə, habelə Çinin baş naziri Li Keçyanqın da iştirak etdiyi Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) üzv ölkələrin hökumət rəhbərlərinin Bruneydə keçirilmiş görüşündə bu fikir irəli sürülüb.

Mütəxəssislər hesab edirlər ki, hər iki səfər Çinin sözügedən region ölkələri ilə iqtisadi əməkdaşlığın genişləndirilməsinə marağını nümayiş etdirir. Bu əməkdaşlığın genişlənməsində yeni nəqliyyat yollarının, xüsusilə də dəniz yollarının tapılması zərurəti ortaya çıxır. Çinin təklif etdiyi rəmzi dəniz İpək Yolu bu baxımdan maraq doğurur.


Teqlər:  





Xəbər lenti