70 imkansız ailəyə bayram sovqatı

70 imkansız ailəyə bayram sovqatı
  16 Oktyabr 2013    Oxunub:1379
Müqəddəs Qurban bayramı münasibətilə Daşkənddə 70 imkansız ailəyə sovqat paylanıb
AzVsison.az AzərTAc - a istinadən xəbər verir ki, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə müqəddəs Qurban bayramı münasibətilə Tezikovka qəsəbəsində yaşayan 70 imkansız ailəyə sovqat paylanıb.

AMM-nin direktoru Samir Abbasov bildirib ki, Daşkənddəki azərbaycanlılrın əksəriyyəti Tezikovka qəsəbəsində yaşayır. Biz əvvəlcədən bu qəsəbədə yaşayan imkansız azərbaycanlı, özbək, tatar və rus ailələrinin siyahısını hazırlamışdıq. Bu gün isə onlara bayram sovqatları təqdim edilib. Tək yaşayanlara və əlillərə qurban payından əlavə digər ərzaq məhsulları da verilib.


Teqlər:





Xəbər lenti