Tutulan Orxan Zeynalov nazirin kabinetində - VİDEO, FOTO

Tutulan Orxan Zeynalov nazirin kabinetində - VİDEO, FOTO
  16 Oktyabr 2013    Oxunub:2790
Orxan Zeynalovu nazirin kabinetinə bu cür gətirdilər.
Moskvanın Qərbi Biryulevo rayonunda 25 yaşlı Yeqor Şerbakovu öldürən Azərbaycan vətəndaşı, 31 yaşlı Orxan Zeynalov artıq Moskvaya çatdırılıb. O Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev görüşüb. Azvison.az xəbər verir ki, Orxan Zeynalov nazirin kabinetinə qolları burulmuş vəziyyətdə gətirilib.

Qəzəblənmiş millətə biz onun başına hələm nə oyunlar açacayıq göstərişi kimi də qəbul edilə bilən bu videoyla, bir qatilin özdə hələm şübhəlinin nazir səviyysənidə görüşdürülməsi ilə rusların nə demək istəmələri, rus siyasilərin belə video ilə milləti çaxnaşmaya sövq etmək və ya bundan çəkindirmək istəyi hələ ki, məlum deyil.

Azvsison.az rus qaynaqlarına istinadən xəbər verir ki, onu xüsusi vertolyotla Moskvanın Petrovka, 38 ünvanında yerləşən istintaq təcridxanasına aparıblar. Əməliyyatçılar onun yerini telefon zəngi əsasında müəyyən ediblər. Xəbərə görə, Zeynalov mobil telefonla qohumlarından birinə zəng edərkən əməliyyatçılar telefon siqnalı əsasında onun yerləşdiyi nöqtəni müəyyənləşdiriblər və qətldə şübhəli bilinən şəxsin yaxalanması üçün əməliyyat başlayıb.

O da bildirilir ki, Zeynalovun yerini deyən şəxsə 1 milyon rubl mükafat vəd edilib. Lakin mükafatın kiməsə verilib-verilməyəcəyi hələ məlum deyil. Polis Zeynalovun izinə təsadüfən, onun kirayə qaldığı evin sahibinin verdiyi məlumatlar əsasında düşə bilib. Virtualaz.org xəbər verir ki, Orxan Zeynalovun Moskvaya 10 il əvvəl gəldiyi haqda yayılmış xəbərlər təsdiqlənmir. Azərbaycan DİN-in Rusiyadakı rəsmi nümayəndəsi Eldar Səmədov “İzvestiya” qəzetinə bildirib ki, Zeynalov Moskvaya 2010-cu ildə gedib.

Hazırda Orxan Zeynalov müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib.



Zeynalovun doğulduğu Şəmkir rayonunun polis şöbəsindən bildiriblər ki, onun atası kənd müəllimidir və hələ də məktəbdə işləyir. Ailədə dörd uşaq olub, Orxan, bir bacısı və qardaşı Moskvaya gedib. Kənddə isə valideynlərlə qızlardan biri qalır. Bildirilir ki, kənddə Orxan haqda yaxşı danışmırlar.

O, Moskvaya gedəndən sonra yaxlınları ilə əlaqə saxlamayıb. E.Səmədov bildirib ki, Yeqor Şerbakovun qətlindən sonra başlayan hadisələr üzündən “Pokrovka” bazarında 1000-ə yaxın azərbaycanlı işsiz qalıb. “Onların meyvə-tərəvəzləri çürüyür, sata bilməyəcəklər. Çoxu pulu borc götürüb, indi bu gicbəsərə görə bir çoxları evlərini satmalı olacaqlar” - deyə Azərbaycan DİN-in Rusiyadakı nümayəndəsi bildirib.

Qalereya




Teqlər:  





Xəbər lenti