Yeqor Şerbakovun sevgilisi qatilin Orxan olduğunu təsdiq etdi

Yeqor Şerbakovun sevgilisi qatilin Orxan olduğunu təsdiq etdi
  16 Oktyabr 2013    Oxunub:1501
Azvison.az `Kommersant`a istinadən xəbər verir ki, Moskvada qərbi Bryulyovda qətlə yetirilən Yeqor Şerbakovun sevgilisi şübhəli qismində təqdim olunan Orxan Zeynalovu qatil kimi təsdiq etdi.
`Mənə şəkilləri göndərəndə, orda aydın heç nə görünmürdü və çoxdankı şəkillər idi. İndi isə mən əminəm bu adam Yeqoru öldürüb. Mən onun üzün yaxşı yadımda saxlamışdım` deyə qız dindirmədə bildirib.

Qeyd edək ki, Rusiya paytaxtında oktyabrın 10-da 25 yaşlı gəncin qafqazlı şəxs tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus milliyyətçisi və “skinhed”lər Biryulevo rayonunda yerləşən “Biryoza” ticarət mərkəzi və “Pokrov” meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantları ölümcül döyüb. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. “Skinhed”lər polislərə də müqavimət göstərib. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurub. Rus milliyyətçilərinin törətdiyi iğtişaşlar nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb. Rusiya xüsusi qrupları Orxan Zeynalovu yaxalayıb. O hal hazırda təcridxanadadır və bu gün məhkəmə qarşısında dayanmalıdır. Müstəntiqlər onun həbs edilməsində israrlıdır belə ki, səs-küyə səbəb olan Bryulyov qatilin məhz Orxanın olmasından əmindirlər- deyə xəbərdə bildirilir.


Teqlər:  





Xəbər lenti