Şərqi Avropaya qaz tədarükü vacib layihə olaraq qalır

Şərqi Avropaya qaz tədarükü vacib layihə olaraq qalır
  16 Oktyabr 2013    Oxunub:1289
Avropa Komissiyası OMV konserninin (Avstriya) "Nabucco" layihəsinin uğursuzluğundan sonra Dunay boyunca boru kəməri layihəsinin qısaldılmış versiyasını nəzərdən keçirir.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə enerji məsələləri üzrə Avropa komissarı Günter Ottinger deyib.

Onun sözlərinə görə, Dunay boyunca olan infrastruktur "Nabucco West" adlanmamaqla digər investorlara malik ola bilər, lakin vacib layihə olaraq qalır: "Çünki biz gözləyirik ki, Rumıniya təkcə iri qaz bazarı dyil, həm də şelf və şist qazının ixracatçısına çevriləcək".

G.Ottinger qeyd edib ki, Avropa Komissiyası "Nabucco"ya rəqib olan Trans-Adriatik boru kəməri (TAP) layihəsini alqışlayır: "TAP vasitəsilə Azərbaycan qazı Türkiyədən Yunanıstan və Albaniya ərazisi ilə Cənubi Avropaya nəql ediləcək. Lakin alternativ infrastruktura ehtiyac var".

Avropa komissarı əlavə edib ki, TAP və "Nabucco" arasında seçim edilib, qərar verilib: "Ən vacib faktor odur ki, Azərbaycandan Avropa bazarına tədarük ediləcək qaz mövcuddur. Necə deyərlər, yol açıqdır".


Teqlər:





Xəbər lenti