Hər gün 840 milyondan artıq insan aclıq çəkir

Hər gün 840 milyondan artıq insan aclıq çəkir
  17 Oktyabr 2013    Oxunub:4242
Pan Gi Mun Ümumdünya Ərzaq Günü münasibəti ilə dünya ictimaiyyətinə müraciət edib.
Hər gün 840 milyondan artıq insan bolluq dünyasında aclıq çəkir. Bu fakt özü-özlüyündə mənəvi təsir və birgə səylərin səbəbi olmalıdır. AzVision.az Trend-ə istinadən xəbər verir ki, bunu BMT-nin baş katibi Pan Gi Mun Ümumdünya Ərzaq Günü münasibəti ilə müraciətində deyib.

Onun sözlərinə görə, bu problem daha dərində kök salıb.

"İki milyard insan "gizli aclıq" adlanan pis qidalanmadan əziyyət çəkirlər. Pis qidalanma həmçinin, 1.4 milyard insanın çəkisindən artıq olması, təxminən üçdə bir hissəsinin kök olması və ürək-damar, şəkər və ya digər xəstəliklər təhlükəsində olması deməkdir.

Pis qidalanmanın və son nəticədə hər bir insanın ərzaqla təmin olunma hüququnun əsasını kənd təsərrüfatı məhsullarının istehsal, emal edildiyi və dayanıqlı tərzdə istehlakçılara çatdırıldığı ətrafü mühiti, insanları, müəssisə və prosesləri əhatə edən daha düzgün yanaşmalar, siyasət və sərmayələri əhatə edən daha yaxşı ərzaq sistemləri təşkil edir" - deyə baş katib bildirib.

O, deyib ki, dünyanın bir çox ölkəsinin bizim Sıfır Aclıq Çağırışımıza qoşulmasını və dayanıqlı ərzaq sistemi naminə birgə çalışmaq öhdəliyini üzərinə götürməsini duymağa məmnunam.

"Biz yalnız birlikdə hər bir kəsin hər gün yetərli və tutumlu qida ilə təmin olunmasına yardım edə bilərik. Bu gün Dünya Ərzaq Günündə gəlin həyatımızda hər kəs üçün sıfır aclığa nail olmaq məqsədini qarşımıza qoyaq" - deyə Pan Gi Mun əlavə edib.


Teqlər:





Xəbər lenti