Orxan Zeynalov: `Mən özümü müdafiə etmişəm`

Orxan Zeynalov: `Mən özümü müdafiə etmişəm`
  17 Oktyabr 2013    Oxunub:1698
Orxan Zeynalovun həbsdən sonra ilk ifadəsi yayıldı.
AzVision.az xəbər verir ki, Moskvalı İqor Şerbakovun qətlində şübhəli bilinən Orxan Zeynalov öz hərəkətini özünümüdafiə ilə izah edib. Musavat.com-un ng.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə oktyabrın 16-da “Rossiya 24” telekanalının yaydığı süjetdə Orxan Zeynalovun özü deyir. “Mən öldürmək istəmirdim. Biz 3 nəfər idik. Onlar ikisi məni meyit eləmək fikrində idilər”, - deyə azərbaycanlı müttəhim bildirib.

Qeyd edilir ki, Zeynalovun keçmiş həmkəndlisi, Şimali Biryülevdəki Pokrovski meyvə-tərəvəz bazasının işçisi Əli Məmmədov jurnalistlərlə söhbətində Şerbakovu konflikti qızışdırmaqda ittiham edib. Onun sözlərinə görə, Zeynalov əvvəllər Şerbakovla tanışlığı olmuş qızı evinə ötürürmüş və binanın alaqapısında təsadüfən onunla rastlaşıb. Nəticədə mübahisə yaranıb və o öldürülüb.

Rəsmi versiya isə bunun əksini deyir: qızı Zeynalov deyil, Şerbakov ötürürmüş və məhz Zeynalov onlara ilişib.




Teqlər:  





Xəbər lenti