Qusarda polisə hücum- 1 ölü, 3 yaralı- YENİLƏNİB

Qusarda polisə hücum- 1 ölü, 3 yaralı- YENİLƏNİB
  17 Oktyabr 2013    Oxunub:1447
Qusar rayonunda silahlı insident baş verib: 1 polis əməkdaşı ölüb, 3 nəfər yaralanıb. Polisə silahlı müqavimət göstərən şəxs radikal dini qruplaşmanın üzvü olub.
Bu gün Qusar rayonunda polisə silahlı basqın olub. AzVision.az APA- ya istinadən xəbər verir ki, hadisənin bəzi təfərrüatları bəlli olub. Məlumata görə, polisə axtarışda olan şəxslərdən birinin rayona dönməsi barədə məlumat daxil olub. Polis axtarışda olan şəxsin gizləndiyi evə gəlib, lakin evdə bir neçə nəfər olub. Onlar hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına qəflətən hücum ediblər. Nəticədə polis mayoru Qalib Quliyev aldığı xəsarətlərdən dünyasını dəyişib. Məlumata görə, Q. Quliyev ötən il radikal vəhhabi təriqətinə məxsus şəxslərin zərərsizləşdirilməsi üçün keçirilmiş əməliyyatda yaralanıbmış. Daha 3 polis əməkdaşı- Mövlüd Əliyev, Cəmil Nəsirov və Qusar RPŞ-nin əməliyyat üzrə rəis müavini Məhəmməd İbrahimov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
APA-nın əməkşdaşı bildirib ki, atışmada polisə basqın edənlərdən zərərsizləşdirilən olmayıb. Onlar hamısı qaça bilib.

Hazırda hadisə yerində istintaq araşdırması başlayıb.

Qusar polisi basqınçıların tapılması üçün əməliyyat tədbirlərini davam etdirir. Rayonun bütün giriş-çıxış yollarına polis postları qurulub, axtarış aparılır.

***

AzVision.az APA- ya istinadən xəbər verir ki, bu gün Qusar rayonunda polis əməkdaşlarına silahlı hücum olub. Qusar Rayon Polis Şöbəsindən verilən məlumata görə, naməlum şəxs tərəfindən polis əməkdaşlarına silahlı hücum edib. Qusar RPŞ-nin əməkdaşı Qaib Əliyev aldığı xəsarətlərdən dünyasını dəyişib. 3 polis əməkdaşı isə - Mövlüd Əliyev, Cəmil Nəsirov və Qusar RPŞ-nin əməliyyat üzrə rəis müavini Məhəmməd İbrahimov müxtəlif xəsarətlərlə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisəni törədən şəxsin zərərsizləşdirildiyi bildirilir. APA-nın əldə etdiyi məlumata görə, polisə silahlı müqavimət göstərən şəxs radikal dini qruplaşmanın üzvü olub.

Hadisənin təfərrüatları araşdırılır.


Teqlər:  





Xəbər lenti