Morninqstar qaçqınlarla görüşdü

Morninqstar qaçqınlarla görüşdü
  05 Mart 2013    Oxunub:1662
ABŞ səfiri məcburi köçkünlərin məskunlaşdığı bir neçə icmaya baş çəkib.
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Bakıda və şəhər ətrafında məcburi köçkünlərin məskunlaşdığı bir neçə icmaya həyat şəraiti və sakinlərlə yaxından tanış olmaq üçün səfər edib.

ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən xəbərə görə, səfir ilk olaraq Binəqədi rayonundakı məcburi köçkünlərin məskunlaşdığı yataqxanaya, sonra isə məçburi köçkünlər üçün inşa edilmiş məktəbə baş çəkib.

Səfər Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov tərəfindən təşkil olunub.

Səfər ərzində R.Morninqstar 90-cı illərdə bir neçə çadır düşərgəsinə baş çəkdiyini və bunun bütün azərbaycanlılar üçün necə çətin bir məsələ olduğunu anladığını bildirib.


Teqlər:  





Xəbər lenti