“TM News”: İtaliyada Azərbaycan qazı getdikcə daha çox olacaq

“TM News”: İtaliyada Azərbaycan qazı getdikcə daha çox olacaq
  18 Oktyabr 2013    Oxunub:1257
AzVision.az xəbər verir ki, İtaliyanın “TM News” informasiya agentliyi “İlham Əliyevin Avropanın enerji müttəfiqi olan Azərbaycanda zəfəri. SOCAR şirkəti: İtaliyada Azərbaycan qazı getdikcə daha çox olacaq” sərlövhəli məqalə dərc edib.
Məqalıni təqdim edirik: “Regional şahmat lövhəsində, maraqların və enerji layihələrinin içində İlham Əliyevin Prezident vəzifəsinə seçilməsi Avropa istiqamətində neft və qaz oyununa qəti nöqtə qoyub.

1870-ci ildə kəşf edilmiş neft Xəzərdə bu kiçik regionu mühüm geosiyasi qovşağa çevirib. Üstəlik, “Cənubi Qafqaz enerji dəhlizi” barədə o vaxtkı ideyalar bu gün çox müasirdir.
Azərbaycan müasir Avropa üçün enerji imkanlarının şaxələndirilməsi deməkdir.

Bu, Transadriatik qaz kəməri (TAP) sayəsində mümkün olmuşdur. Bu layihə İtaliya, Yunanıstan, Albaniya cəlb olunmaqla, Türkiyə ərazisindən Avropaya “mavi Azərbaycan qızılı” gətirəcək. “Şahdəniz” yatağını işləyən konsorsium iyunun sonunda bildirmişdir ki, Avropa İttifaqı ölkələrinə gələcək ixrac üçün bu yolu seçib.

Bu seçimi İtaliya üçün “strateji” adlandıran İtaliya Nazirlər Şurasının sədri Enriko Letta avqust ayında Bakıya səfər edib. Uzun müddət TAP və NabuccoWest arasında birincinin xeyrinə seçim edən Azərbaycan hazırda Avropa İttifaqının bazarlarına istiqamət götürüb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti prezidentinin müşaviri Murad Heydərov “TM News” agentliyinə müsahibəsində deyib: “Azərbaycan qazı İtaliyada getdikcə daha çox, “Şahdəniz” meqa-yatağından Avropaya ixracın başlayacağı 2019-cu il üçün nəzərdə tutulan 8 milyard kubmetrdən xeyli çox olacaq”.


Teqlər:





Xəbər lenti