İlham Rəhimov: Bin Ladenin tutulmasını heç belə şou etməzdilər

İlham Rəhimov: Bin Ladenin tutulmasını heç belə şou etməzdilər
  19 Oktyabr 2013    Oxunub:1309
AzVision.az xəbər verir ki, professor İlham Rəhimov Rusiyada baş verən son olaylarla bağlı “Yeni Müsavat” qəzetinə və minval.az saytına geniş müsahibə verib. Rusiya iqtidarı yanında ciddi nüfuza malik olan xeyriyyəçi iş adamı Moskvada cərəyan edən hadisələri dəyərləndirib, Rusiyanın daxili işlər nazirinin həmyerlimiz Orxan Zeynalovu əli-qolu bağlı kabinetinə gətirməsini kəskin tənqid edib və öz tənqidini əsaslandırıb. O da məlum olub ki, professor İ. Rəhimov cinayətdə şübhəli bilinən O. Zeynalova keyfiyyətli hüquqi yardım üçün Rusiyadakı bir sıra hüquqşünas tələbə yoldaşlarına telefon açaraq, onlardan dəstək istəyib. O Polad Bülbüloğlunun həm bir azərbaycanlı həm də bir diplomat kimi mövqeyini dəstəkləyib və bununla razı olduğunu bildirib. Baş verənləri şou adlandıran müsahib heç Bin Ladenin tutulmasın belə şou etməmişdilər deyib.


Teqlər:  





Xəbər lenti