Rusiya DİN qafqazlılara qarşı hücumları haqlı sayır

Rusiya DİN qafqazlılara qarşı hücumları haqlı sayır
  20 Oktyabr 2013    Oxunub:1254
Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev Yeqor Şerbakovun qətlindən sonra bir qrup şəxsin etiraz aksiyası keçirməsi və Biryulyovda meyvə-tərəvəz bazasına hücum etməsinə haqq qazandırıb.
AzVision.az xəbər verir ki, Vladimir Kolokoltsev deyib ki, ictimai asayiş və stabilliklə bağlı öz mövqeyini aktiv şəkildə ortaya qoyan vətəndaşları dəstəkləyir. Lakin o bildirib ki, bütün bu proseslər qanunvericilik çərçivəsində həyata keçirilməlidir.

Daxili işlər naziri Biryulevoda vəziyyətin polislərin adekvat addımları nəticəsində stabilləşdirildiyini deyib. O, Yeqor Şerbakovun qatilinin tapılmasının ictimai sifariş olduğunu bildirib və bu sifarişin yerinə yetirilməsi üçün polislərin gecə-gündüz çalışdığını vurğulayıb. Vladimir Kolokoltsev Orxan Zeynalovun saxlanması zamanı yol verilən qanunsuzluqlara münasibət bildirməyib.


Teqlər:  





Xəbər lenti