"Karvan"a giriş icazəsi verildi

"Karvan"a giriş icazəsi verildi
  22 Oktyabr 2013    Oxunub:1396
Sahibkarların "Karvan"a girişi bərpa olunub. Sumqayıtda baş verən yanğın zamanı 10-nəfər bədən xəsarətləri, 22 nəfər isə tüstü zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib
AzVision.az musavat.com-a istinadən xəbər verir ki,Sumqayıtda "Karvan" ticarət mərkəzində baş verən yanğınla bağlı stasionar müalicə alan 4 nəfər evə buraxılıb. Təcili tibbi yardımdan verilən məlumata görə, hadisə ilə bağlı ümumilikdə 32 müraciət daxil olub. Onlardan 10-nu müxtəlif bədən xəsarətləri, 22 nəfər isə tüstü zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.


Faktla bağlı ilkin istintaq araşdırmaları aparıldığından ötən gün günorta saatlarına kimi ticarət mərkəzinə sahibkarın girişi qadağan olunmuşdu. Günorta saat 16:00 isə polis əməkdaşlarının nəzarəti altında sahibkarlar bazara buraxılıb. Onların qəfildən içəri girmək istəməsi zamanı isə böyük izdiham yaşanıb.

Mənzərə isə göz qabağında idi. Ticarət mərkəzinin ikinci mərtəbəsində yerləşən bütün mağazalar əşyaları ilə birlikdə təmamilə yanaraq külə dönüb. Birinci mərtəbənin böyük bir hissəsi yanıb. Qalan hissədə sahibkarlar onlara məxsus malları çıxartmağa çalışırdılar.
Ticarət obyektlərinin sahiblərinə dəyən ziyana gəldikdə isə bu rəqəm müxtəlifdir. Əksər sahibkarların banklara olan kredit borcları üstəlik mağazaların əksəriyyətinin sığortalanmaması onları çıxılmaz vəziyyə salıb.

Mövsümün dəyişilməsi ilə əlaqədar bəzi sahibkarlar satışa yeni mallar gətirildiyindən ziyanın miqyası daha da artıq olub.
Hadisə baş verən an və sonra da ərazidə çoxlu sayda polis əməkdaşlarının olmasına baxmayaraq bazardan oğurluq məqsədilə istifadə etmək istəyənlər də olub.

Xatırladaq ki, yanğın 19 oktyabr təxminən saat 19:30 radələrində baş verib. Həmin vaxt ticarət mərkəzi bağlı olduğundan içəridə adam olmayıb. Deyilənlərə görə, yanğın ticarət mərkəzinin ayaqqabı satılan şöbəsində başlayıb. Daha sonra yanğının səhəsi genişlənərək bütün bazarı əhatə edib. Əraziyə cəlb olunan yanğınsöndürən briqadalar tərəfindən yanğının qarşısı təxminən 6 saat sonra alınıb. Fövqəlada Hallar Nazirliyinin açıqladığı məlumata görə, ticarət mərkəzinin ümümulikdə 23 min 700 kvadrat metr hissəsi yanıb. Yanğının başvermə səbəbləri barədə hələki dəqiq məlumat yoxdu.


Teqlər:  





Xəbər lenti