Saatlar geri çəkiləcək

Saatlar geri çəkiləcək
  23 Oktyabr 2013    Oxunub:1256
Ayın son bazar günü saat 5.00-da respublika ərazisində saatlar 1 saat geri çəkilməklə yay vaxtı ləğv ediləcək
Bu həftə yay saatı ləğv ediləcək. Qeyd edək ki, hər il oktyabr ayının son bazar günü əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 27 oktyabr tarixində saat 5.00-da respublika ərazisində saatlar 1 saat geri çəkilməklə yay vaxtı ləğv ediləcək.

Nazirlər Kabinetinin 17 mart 1997-ci il qərarına əsasən hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti