Siqaret çəkənlər niyə dözümsüz olurlar?

Siqaret çəkənlər niyə dözümsüz olurlar?
  23 Oktyabr 2013    Oxunub:3571
Siqaret çəkənlərin ağrıya dözümü digərlərindən daha azdır. Bu barədə açıqlamanı Flonrensiyada ağrıların öyrənilməsi üzrə Avropa Federasiyasının konfransında iştirak edən Şimali Norveç Universitetinin əməkdaşları verib.
Alimlər tədqiqatı 10364 könüllü arasında aparıblar. Layihədə iştirak edən siqaret istifadəçilərinin 22,1%-i qadın, 18,8%-i kişi olub. Belə ki, iştirakçılar arasında ən sensasion nəticəni də məhz onlar veriblər.

Mütəxəssislər ağrıya dözümlülük dərəcəsini soyuq sudan istifadə etməklə sınaqdan keçiriblər. Tədqiqat qrupunun rəhbəri Yoxansen qeyd edib ki, ağrıya ən aşağı dözümlülüyü siqaret istifadəçiləri nümayiş etdiriblər. Bu sıralamada isə onları keçmiş siqaret istifadəçiləri izləyir. Mütəxəssis ağrının şiddətliliyi ilə nikotin istifadəsi arasında açıq əlaqənin olduğunu bildirib.

Xatırladaq ki, şotlandiyalı alimlər norveçlilərdən hələ bir az əvvəl siqaret çəkmək, xroniki ağrılar və depresiya arasında qarşılıqlı əlaqənin olduğunu müəyyən etmişdilər.

AzVision.az


Teqlər:  





Xəbər lenti