Pensiyaların məbləği açıqlandı - STATİSTİKA

Pensiyaların məbləği açıqlandı - STATİSTİKA
  06 Mart 2013    Oxunub:1566
2013-cü ilin yanvarın 1-i tarixinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 272 136 nəfər təşkil edir.
Bu barədə AzVision.az-a Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan məlumat veriblər. Bildiriblər ki, əmək pensiyası alan şəxslərin 39,4 faizi kişilərdən, 60,6 faizi isə qadınlardan ibarətdir. Onlardan 63 faizi yaşa görə, 26,6 faizi əlilliyə gərə, 10,4 faizi ailə başcısını itirməyə görə əmək pensiyası alır.

Pensiyaçıların sosial müdafiəsinin xüsusi diqqət mərkəzində saxlanılmasının nəticəsidir ki, pensiyaların orta aylıq məbləği hər il yüksələn dinamika ilə artıb. Belə ki, ölkə üzrə pensiyaların orta aylıq məbləği 1 yanvar 2006-cı il tarixə 28,5 manat olduğu halda, hazırda bu məbləğ 152,03 manata, o cümlədən yaşa görə əmək pensiyaları üzrə orta aylığ məbləğ 168,54 manata çatıb.

Əmək pensiyası – “Əmək pensiyaları haqqında” Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Əmək pensiyasının 3 növü vardır:- yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası.

AzVision.az



Teqlər:  





Xəbər lenti