Türkiyə vətəndaşı iki uşağı maşınla vurdu

Türkiyə vətəndaşı iki uşağı maşınla vurdu
  26 Oktyabr 2013    Oxunub:1277
AzVision.az xəbər verir ki, Naxçıvanda Türkiyə vətəndaşının idarə etdiyi “Mercedes” markalı avtomaşınla vurduğu iki azyaşlı uşaq öldü.
Türkiyə vətəndaşı Bayhan Akçay idarə etdiyi “Mercedes” markalı avtomaşınla Şərur rayonunun ərazisində Düdəngə kənd sakinləri, azyaşlılar - Gülay Rzayeva və onun bacısı Tülayı vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş uşaqlar orada həyatların itirib.

Paytaxtın Nizami rayonunun ərazisində isə naməlum avtomaşınla Bakı şəhər sakini Süleyman Allahverdiyev vurulub. Xəsarət almış piyada xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hər iki hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Teqlər:





Xəbər lenti