Qubada zabitin maşını bir neçə dəfə aşdı

Qubada zabitin maşını bir neçə dəfə aşdı
  26 Oktyabr 2013    Oxunub:1361
Daxili Qoşunların zabiti qəzaya uğradı.
Bu gün axşam saatlarında Quba rayonunda yol nəqliyyat hadisəsi baş verib. AzVision.az APA- ya istinadən xəbər verir ki, hadisə Quba-Rusiya Federasiyası sərhədi yolunun Quba rayonunun Vladimirovka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Daxili Qoşunların Quba rayonunda yerləşən “N” saylı hərbi hissəsinin zabiti, 1989-cu il təvəllüdlü Səmiyev Məhəmməd Etibar oğlunun idarə etdiyi “Mercedes” markalı avtomaşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü ağır bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, hərbi qulluqçunun vəziyyəti orta ağırdır.

Hadisənin başvermə səbəbləri Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırılır.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Teqlər:





Xəbər lenti