Azərbaycanda 56 nəfər ölüb - STATİSTİKA

Azərbaycanda 56 nəfər ölüb  - STATİSTİKA
  26 Oktyabr 2013    Oxunub:1266
Fövqəladə Hallar Nazirliyi bu ilin 9 ayında baş verən fövqəladə hadisələrin statistikasını açıqlayıb.
AzVision.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, 2013-cü ilin 9 ayı ərzində respublika ərazisində 7333 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2012-cü ilin müvafiq dövrü ilə müqayisədə 683 hadisə və ya 10% çoxdur.

Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 56 nəfər həlak olub, 81 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 6 nəfər xilas edilib, 63 nəfər təxliyə olunub.

2013-cü ilin 9 ayı ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 7208 çıxış edilib. Onlardan:

. çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində yanğınlar – 1468 çıxış;
. açıq sahələrdə yanğınlar –4317 çıxış;
. nəqliyyat vasitələrində yanğınlar – 291 çıxış;
. digər yanğınlar - 1132 çıxış təşkil etmişdir.

Yanğın hadisələri zamanı 45 nəfər həlak olub, 57 nəfər xəsarət alıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə1 nəfər və ya 2% çox, xəsarət alanlar üzrə isə 5 nəfər və ya 8% azdır.

2013-cü ilin 9 ayı ərzində respublika ərazisində 18 partlayış hadisəsi baş verib ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 hadisə və ya 29% çoxdur. Partlayışlar zamanı 4 nəfər həlak olub, 17 nəfər xəsarət alıb.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti