İnsan hüquqları Naxçıvanda müzakirə olunur

İnsan hüquqları Naxçıvanda müzakirə olunur
  28 Oktyabr 2013    Oxunub:1513
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dəstəyi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, Azərbaycan Hüquqşünasları Konfederasiyası, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlğı və Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun təşkilatçılığı ilə Naxçıvan şəhərində “Naxçıvan Muxtar Respublikasında aparılan məhkəmə-hüquq islahatları. Hakimlər üçün Avropa İnsan Hüquqları Konvensiyasına dair” ikigünlük (28-29 oktyabr) Beynəlxalq seminar bu gün işə başlayıb.
Tədbirin açılışında Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin sədri Ramiz Süleymanov Naxçıvan Muxtar Respublikasında aparılan Məhkəmə Hüquq islahatları barədə çıxış edib.

Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHK) İdarə Heyətinin sədri Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti vədövlət quruculuğu Komitəsinin Əli Hüseynli Naxçıvanda aparılan islahatlara diqqət çəkərək qeyd edib ki, təqdirəlayiq haldır ki, vaxtilə Ümummilli Lider Heydər Əliyev və bu gün isə Cənab Prezident İlham Əliyevin apardığı islahatların məntiqi davamı olaraq Naxçıvan Muxtar Respublikasında da məhkəmə-hüquq islahatları bütün istiqamətlərdə davam edir.
O, semianrın əhəmiyyətinə toxunaraq qeyd edib ki, Naxçıvan MR-nın hakimlərinin və eyni zamanda hüquq mühafizə orqanlarının nümayəndələrinin də iştirak etdiyi Konfrans İnsan hüquqları üzrə Avropa Məhkəməsinin president hüququnun öyrənillməsi cəhətdən çox əhəmiyyətlidir.

Açılış nitqindən sonra “Konvensiyanın yaranma tarixi, məzmunu və beynəlxalq-hüquqi əhəmiyyəti”, “Fərdi şikayətlər və bu şikayətlər üzrə icraat”, “Konvensiya pozuntusunun yoxlanılması qaydası” mövzuları ətrafında məruzələr dinlənilib. Mövzu üzrə məruzələrlə Hüquq elmləri doktoru, Professor, Avropa Şurasının İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Komitəsinin sədri, Milli Məclisin Dövlət Quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, AHK İdarə heyətinin üzvü Lətif Hüseynov, Federal Publik İdarəçilik İnstitutunun publik hüquq (dövlət və Avropa hüququ) üzrə professoru Prof. Dr. Mixaela Vittinqer çıxış ediblər.

Növbəti məruzələrin mövzusu “Avropa İnsan Hüquqları Konvensiyasının dövlətdaxili məhkəmələr üçün əhəmiyyəti”, “Konvensiyanın dövlətdaxili hüquq sistemi üçün əhəmiyyəti və qanunvericilik sistemində iyerarxiya baxımından tutduğu yer”, “Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarının məcburiliyi və təsiri” olub. Məruzələrlə Hüquq elmləri doktoru, Professor, Avropa Şurasının İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Komitəsinin sədri, Milli Məclisin Dövlət Quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, AHK İdarə heyətinin üzvü Lətif Hüseynov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, AHK İdarə Heyətinin üzvü Çingiz Əsgərov, Almaniya Federal İnzibatiMəhkəməsinin sabiq hakimi, tərkib sədri Dr. Otto Mallmann, AHK İdarə heyətinin üzvü, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev, AHK İdarə Heyətinin üzvü, Milli Məclsin deputataı Fazil Mustafa çıxış ediblər.

Beynəlxalq seminarın nahardan sonrakı hissəsində “Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə tutulmuş konkret təminatlar”, “Konvensiyanın qoruma sferası, oradakı normaların tətbiqindən istisna hallar”, “Konvensiyanın praktiki əhəmiyyəti”, “Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsi: Azadlıq və təhlükəsizlik hüququ” adlı növbəti məruzələr dinlənilib.

Məruzələrlə Federal Publik İdarəçilik İnstitutunun publik hüquq (dövlət və Avropa hüququ) üzrə professoru xanım Prof. Dr. Mixaela Vittinqer və Almaniya Federal İnzibati Məhkəməsinin sabiq hakimi, tərkib sədri cənab Dr. Otto Mallmann çıxış ediblər.

Beynəlxalq seminar oktyabrın 29-da davam edəcək.


Teqlər:





Xəbər lenti