Nazirlər görüşdü

Nazirlər görüşdü
  06 Mart 2013    Oxunub:1565
Azərbaycan və Litva xarici işlər nazirləri arasında görüş keçirilib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Litvanın xarici işlər naziri Linas Linkeviçiusun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, E. Məmmədyarov iki ölkə arasında münasibətlərin bütün səviyyələrdə uğurla inkişaf etdiyini deyib.
O, litvalı həmkarının Azərbaycana səfərinin ikitərəfli əməkdaşlığa təkan verəcəyinə əminlik ifadə edib.
L. Linkeviçius isə Azərbaycana səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Cari ilin iyul ayından Litvanın Avropa Birliyinə sədrlik edəcəyini xatırladan qonaq, Azərbaycanla “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. Litvalı nazir Avropa Birliyinin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu yüksək qiymətləndirib.

Ermənistan-Azərbaycan münaqişəsi haqda danışan nazir E. Məmmədyarov, 21-ci əsrdə beynəlxalq səviyyədə tanınmış sərhədlərin güc yolu ilə dəyişdirilməsinin qeyri-mümkün olduğunu qeyd edib. O, BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların qərar və qətnamələrinin Ermənistan tərəfindən şərtsiz olaraq yerinə yetirilməsinin zəruriliyini vurğulayıb./apa/


Teqlər:  





Xəbər lenti