“Azərbaycanın İtaliya üçün əhəmiyyəti” – VİDEO

“Azərbaycanın İtaliya üçün əhəmiyyəti” – VİDEO
  29 Oktyabr 2013    Oxunub:1422
İtaliyanın məşhur “İnfocus” portalında “Azərbaycanın İtaliya üçün əhəmiyyəti” sərlövhəli məqalə yerləşdirilib.
AzVision.az xəbər verir ki, İtaliyanın məşhur “İnfocus” portalında “Azərbaycanın İtaliya üçün əhəmiyyəti” sərlövhəli məqalə yerləşdirilib.

Məqalədə qeyd olunub ki, Azərbaycan enerji resursları marşrutlarının və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində uğurla həyata keçirdiyi layihələr hesabına son illər sürətlə inkişaf edən ölkəyə çevrilib. Məqalədə eləcədə Azərbaycanın tarixindən, “Azərbaycan” sözünün mənşəyindən, ölkəmizdə yaşayan xalqlardan bəhs edilib.

Müəllif bildirib ki, min illərdən gələn dövlətçilik tarixinə malik, ötən əsrin əvvəllərində Şərqdə ilk demokratik respublika qurmağa nail olan Azərbaycan keçmiş sovetlər birliyinin süqutundan sonra - 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa edə bilib. Azərbaycanın yeganə və ən əsas problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun ərazisi işğal olunub, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

ARDNŞ-in əldə etdiyi uğurlara toxunulan məqalədə bildirilib ki, şirkət öz fəaliyyət dairəsini getdikcə genişləndirərək Gürcüstan, Türkiyə, Mərkəzi və Şərqi Avropa ölkələrində də böyük nüfuz qazanmaqdadır.

Məqalədə vurğulanıb ki, dünyanın aparıcı reytinq agentliklərinin illik hesabatına əsasən Azərbaycanın iqtisadiyyatı son onillikdə sürətlə inkişaf edib. Ölkəmizdə kənd təsərrüfatının, yüngül sənayenin, telekommunikasiyanın, nəqliyyatın, turizmin və digər sahələrin də inkişafı üçün böyük potensial var.

Yazıda, həmçinin paytaxt Bakının son illərdə dəyişən simasının Azərbaycanın inkişafının ən bariz göstəricilərindən olduğu vurğulanıb. Bakı tarixdə ilk dəfə 2015-ci ildə keçiriləcək birinci Avropa Oyunlarına ev sahibliyi etməyə hazırlaşır deyilərək video keçid edilir.



Müəllif 1990-cı illərdə Heydər Əliyevin çətin dönəmlərdə onda mümkünsüz indi isə bəhrəsi görülən düzgün iqtisadi addımların ölkə tarixi üçün əsaslı hesab edir. Məqalədə hazırda Prezident İlham Əliyevin artıq üçüncü dəfə xalqın etimadını qazanaraq Prezident seçilməsi də qeyd edilib. (bax- məqalədən şəkil)



Məqalədə Avropa İttifaqında və qlobal enerji bazarında əhəmiyyətli tərəfdaş olan Azərbaycanın İtaliya üçün önəmli ölkə olduğu da diqqətə çatdırılır. Həmçinin ölkələrimizin birgə həyata keçirdiyi enerji layihələrindən ətraflı məlumat verilir.


Teqlər:





Xəbər lenti