İlham Əliyev həmkarına rəhmət dilədi

İlham Əliyev həmkarına rəhmət dilədi
  06 Mart 2013    Oxunub:1565
Prezident İlham Əliyev Venesuela Vitse-prezidentinə başsağlığı verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Venesuela Bolivar Respublikasının Vitse-prezidenti Nikolas Maduro Morosa başsağlığı məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli cənab Vitse-prezident,
Venesuela Bolivar Respublikasının Prezidenti, görkəmli dövlət xadimi Uqo Rafael Çaves Friasın vəfatı xəbərindən son dərəcə kədərləndim.
Uqo Rafael Çaves Frias həm ölkəsinin inkişafı və xalqının rifahının yüksəlməsi, həm də Latın Amerikası dövlətlərinin həmrəyliyi istiqamətində mühüm işlər görmüşdür. İnanıram ki, onun əziz xatirəsi Venesuela xalqının yaddaşında əbədi qalacaqdır.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm". (Azərtac)


Teqlər:  





Xəbər lenti