Təhsil Nazirliyi Tahir Salahovun sərgisini keçirəcək

Təhsil Nazirliyi Tahir Salahovun sərgisini keçirəcək
  29 Oktyabr 2013    Oxunub:1364
Tələbələrin sərgi ilə tanışlığına artıq start verilib.
Təhsil Nazirliyinin təşkilatçılığı və maliyyə dəstəyi ilə ölkəmizin müxtəlif universitetlərində oxuyan 1000 tələbə xalq rəssamı Tahir Salahovun Heydər Əliyev Mərkəzində təşkil edilən “Əsrlərin qovşağında” adlı fərdi sərgisində iştirak edəcək.

AzVİsion.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Təhsil Nazirliyi tələbələrin yüksək estetik və fəlsəfi-bədii zövqünün formalaşmasına ciddi təsir göstərən bu cür təşəbbüsləri gələcəkdə daha da çoxaldacaq.

Sərgidə rəssamın son illərdə çəkdiyi 100-dən çox əsəri nümayiş olunur.

Qeyd edək ki, ölkə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmış sərgi noyabrın 6-dək davam edəcək.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti