Torpağın altında qalan fəhlələrdən biri sağdır -YENİLƏNİB

 Torpağın altında qalan fəhlələrdən biri sağdır -YENİLƏNİB
  06 Mart 2013    Oxunub:1695
Göyçay şəhərində tikintidə baş vermiş torpaq uçqununun altında qalmış iki şəxsdən biri xilas edilib
AzVision.az-ın məlumatına görə, uçqunun altından 1973-cü il təvəllüdlü Ağdaş rayon sakini Əhmədov Xaləddin çıxarılıb. X.Əhmədov 2 saat torpağın altında qalmasına baxmayaraq sağ-salamatdır. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Torpağın altında qalmış ikinci şəxsin 1992-ci il təvəllüdlü Tovuz rayon sakini Əliyev Nemətin xilas edilməsi istiqamətində tədbirlər davam etdirilir. (APA)


Göyçay şəhərində qazılan quyunun yan divarlarının uçması nəticəsində iki fəhlə torpaq uçqunun altında qaldAzVision.az-ın məlumatına görə, hadisə şəhərin Natəvan küçəsində qeydə alınıb. Həmin ünvanda Türkiyənin “Atinak” şirkəti tərəfindən kanalizasiya xətlərinin dəyişdirilməsi üçün qazılan quyunun yan divarlarının uçması nəticəsində həmin tikinti firmasında fəhlə işləyən Nemət və Xaləddin adlı Azərbaycan vətəndaşları torpaq uçqununun altında qalıblar. Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerində xilasetmə işləri aparır. Uçqun altında qalan şəxslərin taleyindən hələlik xəbər yoxdur.

Hadisə nəticəsində Bakı-Şamaxı-Yevlax magistral yolu bağlanıb.(APA)


Teqlər:  





Xəbər lenti