XİN Çexiyadan izahat tələb etdi

XİN Çexiyadan izahat tələb etdi
  06 Mart 2013    Oxunub:1677
Rəsmi Bakı Çexiyanın xarici işlər nazirinin fikirlərini qeyri-obyektiv hesab edir
“Çex Respublikasının xarici işlər naziri mətbuatda iddia edildiyi kimi fikirlər səsləndirmişsə, biz bunu qeyri-obyektiv və qeyri-ciddi hesab edir, məsələyə Çexiya tərəfindən aydınlıq gətirilməsini və üzr istənilməsini istəyirik”. AzVision.az xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. O, Praqaya xəbərdarlıq edərək yol verdikləri səhvə görə üzr istəmələrini nəzərə çatdırıb.

“Biz Çex Respublikasının xarici işlər naziri Karel Şvarsenberqin cari ilin 4 mart tarixində Praqa şəhərində People in Need təşkilatının mükafatlandırma mərasimində səsləndirdiyi fikirlərə aydınlıq gətirilməsini istəyirik.
İki ölkə arasındakı qarşılıqlı münasibətlərin intensiv inkişafını və xüsusilə də son zamanlar Dövlət Başçıları səviyyəsində həyata keçirilmiş səfərləri nəzərə alaraq, bu kimi bəyanat və mülahizələrin səsləndirilməsi ölkələrimiz arasındakı mövcud münasibətlərin ruhuna uyğun deyil və Azərbaycanla Çexiya arasındakı siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığa xələl gətirə bilər.
Əgər həqiqətən də, Çex Respublikasının xarici işlər naziri mətbuatda iddia edildiyi kimi fikirlər səsləndirmişsə, biz bunu qeyri-obyektiv və qeyri-ciddi hesab edir, məsələyə Çexiya tərəfindən aydınlıq gətirilməsini və üzr istənilməsini istəyirik”-deyə E.Abdullayev vurğulayıb.

Qeyd edək ki, Ermənistan KİV-in məlumatına əsasən, Çexiya xarici işlər naziri Karel Şvarsenberq "People in Need" təşkilatının mükafatlandırma mərasimində Azərbaycanın ünvanına mənfi fikirlər səsləndirib.


Teqlər:  





Xəbər lenti