`Vəzifəli şəxs`ifşa edildi

`Vəzifəli şəxs`ifşa edildi
  30 Oktyabr 2013    Oxunub:1257
Bakı şəhər sakini Lətif Süleymanovun qanunsuz əməlləri barədə Milli Təhlükəsizlik Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.
Prokurorluqdan AzVision.az-a verilən məlumata görə, araşdırmalar zamanı bəlli olub ki, L.Süleymanov özünü dövlət hakimiyyət orqanının əməkdaşı kimi təqdim edərək, ayrı-ayrı vətəndaşlardan dələduzluq yolu ilə ümumilikdə 28 min manat məbləğində pul alıb.

Fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

L.Süleymanov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulan ittiham elan edilib.


Teqlər:  





Xəbər lenti