Avropayla viza rejimi sadələşdirilir

Avropayla viza rejimi sadələşdirilir
  31 Oktyabr 2013    Oxunub:1261
Aİ və Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi üzrə saziş "Şərq Tərəfdaşlığı" sammiti çərçivəsində imzalanacaq.
Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş çox güman ki, Vilnüsdə keçiriləcək "Şərq Tərəfdaşlığı" sammiti çərçivəsində imzalanacaq. AzVision.az xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Pilts jurnalistlərin suallarını cavablandırarkən deyib.

T.Pilts qeyd edib: "Çox böyük ehtimal ki, viza rejiminin sadələşdirilməsinə dair saziş bu ilin noyabr ayında Vilnüsdə keçiriləcək sammitdə imzalanacaq. Sənədin ikinci hissəsi olan readmissiya haqqında saziş isə hələ razılaşdırılmayıb. Burada bəzi texniki məsələr var ki, onlara aydınlıq gətirilməlidir".

O bildirib ki, readmisiya haqqında saziş 2014-cü ildə imzalana bilər: "Lakin hər iki saziş eyni vaxtda qüvvəyə minəcək, yəni viza rejiminin sadələşdirilməsinə dair saziş readmissiya sazişi imzalandıqdan sonra qüvvəyə minəcək".


Teqlər:  





Xəbər lenti