Şadlanmağa gəldi, öldü

Şadlanmağa gəldi, öldü
  07 Mart 2013    Oxunub:1876
Bakıda 31 yaşlı oğlan şadlıq evində dünyasını dəyişib.
AzVision.az xəbər verir ki, toy məclisi zamanı 1982-ci il təvəllüdlü Heydərov Mais Nəcəf oğlunun vəziyyəti qəflətən pisləşib.
Dərhal təcili tibbi yardım çağırılıb. M. Heydərov 7 saylı təcili tibbi yardım stansiyasına aparılarkən yolda ölüb.
Qeyd edək ki, 31 yaşlı M. Heydərov bir il əvvəl ürəyindən əməliyyat olunub.
Ölüm faktı ilə bağlı araşdırmalar aparılır.


Teqlər:





Xəbər lenti