Kaşoqi serialda göstərildiyi kimi doğranılıb - VİDEO

Kaşoqi serialda göstərildiyi kimi doğranılıb  -   VİDEO
  17 Noyabr 2018    Oxunub:32468
Sosial şəbəkələrdə səudiyyəli jurnalist Camal Kaşoqinə aid olduğu iddia edilən fotolar yayılıb. Bildirilir ki, həmin kadrlar Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda jurnalistin cəsədinin hissələrə parçalanması zamanı lentə alınıb.


Azvision.az sosial mediada rezonans doğuran görüntülərlə bağlı araşdırma aparıb. Məlum olub ki, Kaşoqinə aid olduğu deyilən şəkillər əslində "Canal+" telekanalının Fransa istehsalı olan "Basqın" (Braquo) adlı polis drama serialının 4-cü sezonunun 5-ci seriasından kadrlardandır.



Seralda həmin kadrlar qaçırılan şəxsin Fransada ərəblər tərəfindən doğranılmasına həsr olunub. Maraqlıdır ki, cinayətkarlar qətl zamanı ara-sıra türk sözlərindən də istifadə edirlər.



Səudiyyəli jurnalistin konsulluqda öldürülməsi, daha sonra onun cəsədinin elektrik mişarı ilə hissələrə ayrılması serialın ssenarisi ilə uyğunluq təşkil edir. Tədqim etdiyimiz videodan görünür ki, Kaşoqi seralda olduğu kimi qətlə yetirilib.



Xatırladaq ki, "Basqın" serialı 2016-cı ildə işıq üzü görüb. Qısa zamanda populyarlıq qazanıb.

Bəxtiyar Məmmədov
Azvision.az


Teqlər: Kaşoqi   Cinayət  





Xəbər lenti