Maşını oğurladı, adam öldürüb qaçdı

Maşını oğurladı, adam öldürüb qaçdı
  02 Noyabr 2013    Oxunub:1438
Xırdalanda naməlum avtomaşının vurduğu piyada ölüb.
Bu gün səhər saat 5.00 radələrində Xırdalan şəhərinin ərazisində naməlum avtomaşınla şəhər sakini Zahidə Cəfərova vurulub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hadisənin Yasamal rayonunun ərazisində yaşayan Quba rayon sakini Sərdar İsmayılova məxsus “VAZ-2107” markalı avtomaşınla törədilməsi müəyyən edilib.

S.İsmayılov Yasamal Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək noyabrın 1-nə keçən gecə avtomaşınının evinin qarşısından qaçırılmasını və həmin gün saat 16.30 radələrində əzilmiş vəziyyətdə yenidən evinin qarşısına qaytarıldığını bildirib.

Faktla bağlı cinayət işi açılıb, Abşeron Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.


Teqlər:





Xəbər lenti