Cəmi bir sakini olan kəndlər - FOTOLAR
Azvision.az-ın məlumatına görə, ABŞ-ın Nebraska ştatının Monovi qəsəbəsi dünyanın ən az adam yaşayan yeridir. 1930-cu ilin əvvəllərində 120 sakini olan qəsəbədə hazırda bir nəfər yaşayır.
2000-ci ildə siyahıya alma zamanı bəlli olur ki, qəsəbədə Rudi və Elsie Eiler çütlüyü yaşayır. 2004-cü ildə həyat yoldaşı öldükdən sonra o, qəsəbənin yeganə sakinidir.
O vaxtdan qəsəbənin bələdiyyə sədri, polisi, yanğın söndürəni, kitabxanaçısı, market sahibi olan Elsie əldə etdiyi gəlirdən özü-özünə vergi verir. Hətta o, ştatın rəhbərliyinə müraciət edərək qəsəbənin işıqlandırılması üçün 4 elektirik lampası istəyib.
0.54 kvadrat kilometr sahəsi olan qəsəbədə yeganə sağlam vəziyətdə olan ev ona aiddir. Digər evlər və tikililər yaşayışın olmaması səbəbindən dağınıq vəziyyətdədir. Amma o, xatirələrinin itməməsi üçün yeni ev tikmək istəmir. Qəsəbənin kilsəsindəki sonuncu elan 1960-cı ilə aiddir.
ABŞ-ın Vyominq ştatının Buford qəsəbəsi dəniz səviyyəsindən 2400 metr hündürlükdə yerləşir. Qəsəbə Amerika vətəndaş müharibəsinin qəhrəmanlarından olan general Con Bufordun şərəfinə adlandırılıb.1866-cı ildə dəmiryolu stansiyası yaxınlığında salının kəndin o zaman 2000 sakini olub.
Qəsəbədə 1900-cu ildə qurulan poçt şöbəsi 2004-cü ilə kimi fəaliyyət göstərib. Hazırda kəndin yeganə sakini Don Sammons həyat yoldaşı və oğlu ilə birlikdə 1980-ci ildə buraya köçüb. 1992-ci ildə isə kəndi tamamilə satın alıb.
1995-ci ildə həyat yoldaşı vəfat edib. 2007-ci ildə isə oğlu kəndi tərk edib. Müxtəlif vaxtlarda 7 ailə buraya köçsə də, sonradan oranı tərk ediblər.
Kəndi 2013-cü ildə viyetnamlı bir şəxs alıb və adını “PhinDeil Town Buford” olaraq dəyişib. Kənd satın alınsa da, Sammons orada yaşamağa davam edir.
Yeni Zellandiyanın Kanterburi bölgəsində yerləşən Cass kəndinin yeganə sakini isə Barrie Drummonddur. O, “Tranzscenic” dəmiryolu şirkətində çalışır.
1910-cu ildə 300 ev olan kənddə hazırda dəmir yolu məntəqəsi və bir neçə turist evi var.
Fransanın Rochefourchat kəndində yalnız bir ev və köhnə qalanın qalıntıları var. Kəndin yeganə sakini 38 yaşlı Jean-Baptiste Le Monye de Martignydir.
Fukişima nüvə terminalının partlamasından sonra yaşayışa qapadılan ərazidə yerləşən Tomioka kəndinin yeganə sakini Naoto Matsumuradır. O partlayışdan bir neçə il sonra kəndə qayıdaraq, öz hesabına yaşadığı ərazini bərpa etməyə çalışıb.
2010-cu ildə keçirilən əhalinin siyahıyaalınmasında ABŞ-ın Nyu-York ştatının Oil Springs qəsəbəsində yalnız bir nəfərin yaşadığı bəlli olub.
ABŞ-ın Utah ştatının Bonanza kəndində yaşayan yeganə şəxs Mark Perkovichdir.
Kənan Məmmədov
Azvision.az
Teqlər: Kənd