Bu il 4 vəkilin fəaliyyəti dayandırılıb - Səbəb açıqlandı (VİDEO)
O, bildirib ki, Azərbaycan Vəkillər Kollegiyasının vəkillərin fəaliyyətinə xitam vermək səlahiyyəti yoxdur: "Kollegiya yalnız vəkilin fəaliyyətini dayandıra bilər və vəkilin fəaliyyətinə xitam verilməsilə bağlı məhkəmədə iddia qaldıra bilər. Son sözü və son qərarı məhkəmə qəbul edə bilər".
A.Bağırov əlavə edib ki, bu il 4 vəkilin fəaliyyətinin dayandırılması ilə bağlı Azərbaycan Vəkillər Kollegiyası qərar qəbul edib: "Onlardan 3 nəfər üzvlük haqqını ödəmədiyi üçün fəaliyyəti dayandırılıb. 6 aydan artıq üzvlük haqqını ödəməyən vəkili fəaliyyəti dayandlrılır. 1 nəfər də kobud qanun pozuntularına yol verdiyinə və davranış qaydalarını pozduğuna görə belə bir qərar qəbul olunub".
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Anar-Bağırov