Ucarda 3 yaşlı uşağın ölümünün səbəbi açıqlandı

Ucarda 3 yaşlı uşağın ölümünün səbəbi açıqlandı
  05 Noyabr 2013    Oxunub:1145
Ucarda nəzarətsiz qalan azyaşlının ölümünün səbəbi açıqlanıb.
AzVision.az APA- ya istinadən xəbər verir ki,hadisə rayonun Ramal kəndində baş verib.

Kəndə işləməyə gələn Bakı şəhər sakini, 46 yaşlı Gülnarə Qurbanova özü ilə 3 yaşlı nəvəsi Qurbanov Şahin Rasim oğlunu gətirib. Kirayə qaldıqları Məsud İbrahimova məxsus evdə bir anlıq azyaşlını nəzarətsiz qoyan nənə onun yoxa çıxdığını görüb. Təxminən 20 – 25 dəqiqə qonşuları ilə birlikdə uşağı axtardıqdan sonra onun meyitini həyətdəki 1 metr dərinlikdə olan su hovuzundan tapıb.

Ucar rayon Prokurorluğundan verilən məlumata görə, Ş.Qurbanov ehtiyatsızlıqdan ölüb. Araşdırma aparılır.


Teqlər:





Xəbər lenti