Universitetlərdə təhsil haqqı qalxıb - MƏLUMAT

Universitetlərdə təhsil haqqı qalxıb - MƏLUMAT
  06 Noyabr 2013    Oxunub:1696
AzVision.az xəbər verir ki, 2013-cü ilin oktyabr ayında Azərbaycanda ərzaq məhsullarının qiymətlərinin 1,2 faiz, qeyri-ərzaq mallarının qiymətlərinin 0,4 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin isə 0,2 faiz bahalaşması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,7 faiz bahalaşmasına səbəb olub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ay ərzində mal əti, qarabaşaq yarması, alma, heyva, nar, limon, naringi, qoz, şabalıd, kələm, çuğundur, kök, balqabaq, şəkər və şəkər tozunun qiymətlərində ucuzlaşma, un, düyü, makaron, qoyun və toyuq əti, kolbasa məmulatları, süd və süd məhsulları, yumurta, kərə yağı, xiyar, pomidor, kartof, soğan və sarımsağın qiymətlərində isə bahalaşma müşahidə olunub.

Oktyabr ayında qeyri-ərzaq mallarından parçaların, alət və avadanlıqların, minik avtomobilləri üçün ehtiyat hissələrinin qiymətlərində ucuzlaşma, geyim və ayaqqabıların, xalça və digər döşəmə örtüklərinin, mebel və ev əşyalarının, məişət cihazlarının, inşaat materiallarının, zərgərlik məmulatlarının qiymətlərində isə bahalaşma müşahidə olunub.

Əhaliyə göstərilən pullu xidmətlərdən dəmiryol və hava sərnişindaşıma nəqliyyatı tarifləri oktyabr ayında ucuzlaşıb, ali təhsil müəssələrində təhsil haqlarının, paltarların təmizlənməsi, təmiri və kirayəsinin qiymət və tarifləri isə bahalaşıb.


Teqlər:  





Xəbər lenti