Fərhad Əliyevin qardaşı oğlu qəza törətdi

Fərhad Əliyevin qardaşı oğlu qəza törətdi
  06 Noyabr 2013    Oxunub:1998
Fərhad Əliyevin qardaşı oğlu insan ölümü ilə nəticələn avtoqəza törədib.
AzVision.az Avropa.info-ya istinadən xəbər verir ki, bir neçə gün öncə sabiq İqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı oğlu Cəlilabad rayon mərkəzində Bakı-Astara yolu üstündə idarə etdiyi “Niva”sı “Jiquli 07” markalı maşını vurub. Qəzaya yüksək sürət səbəb olub. Belə ki, yüksək sürətlə hərəkət edən “Niva” yola çıxmaq istəyən “07” markalı jiqulini vurub. Nəticədə “07” markalı jiqulini idarə edən Ülvi adlı şəxs aldığı xəsarətdən yerindəcə keçinib. Faktla bağlı cinayət işi açılıb.

Əldə etdiyimiz məlumata görə, Fərhad və Rafiq Əliyevlər azadlığa çıxandan sonra bu nəsildə ikinci faciədir ki, baş verib.

Birinci hadisə Əliyevlər qardaşları azadlığa çıxandan sonra onların şərəfinə verilən ziyafətdən sonra F.Əliyevlərin bacısı oğlu öz avtomobili ilə Cəlilabad rayonu Alar kəndində yol-nəqliyyat qəzasə törədib. Bu qəza nəticəsində F.Əliyevlərin bacısı oğlu dünyasını dəyişib.


Teqlər:  





Xəbər lenti