Bakıda Türkiyənin ebru sənətinə aid sərgi açılıb - FOTO
08 Noyabr 2013
Oxunub:2775
Bu gün Milli İncəsənət Muzeyində Türkiyə səfirliyinin, “Nargis” jurnalının və “Palmali” şirkətlər qrupunun dəstəyi ilə Yunus Əmrə Türk Mədəniyyət Mərkəzi tərəfindən ebru sənətinə (su üzərində rəsmin kağıza köçürülməsi) aid sərgi açılıb.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, açılış mərasimində Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun sərginin əhəmiyyətindən danışıb. O, bildirib ki, sərgini təşkil etməkdə məqsəd Türkiyənin ebru sənətini və sərgidən sonra təqdim olunacaq muğam sənətini bir araya gətirmək olub. Səfir İsmail Alper Coşkun mərasimin təşkilatçılarına dərin təşəkkürünü bildirir.
Sonra sərgiyə baxış keçirilib.
Tədbir Canəli Əkbərovun ifasında konsertlə davam edib.
Sonda tədbirin təşkilatçılarına Türkiyə səfirliyinin hədiyyələri təqdim edilib.
Türkiyənin ebru sənətinə aid 3 rəssamın 37 işinin nümayiş olunduğu sərgi noyabrın 17-dək davam edəcək.