Arif Rəhimzadə adların dəyişdirilməsinə qarşı

Arif  Rəhimzadə adların dəyişdirilməsinə qarşı
  08 Noyabr 2013    Oxunub:1213
Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə ölkədə yaşayış məntəqələrin adlarının dəyişdirilməsini məqsədə uyğun hesab etmir.
Bunu komitə sədri yaşayış yerlərinin adlarının dəyişdirilməsi və bununla bağlı xüsusi bir qurumun yaradılması məsələsinə aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, bəzi yaşayış məntəqələri istisna olmaqla, kütləvi şəkildə adların dəyişdirməsi müsbət hal deyil:

"Çünki bu adlar Azərbaycan tarixinin müxtəlif dövrlərini əhatə edir. Biz bu adları dəyişməklə həmin dövrə məxsus tariximizi unutmuş oluruq. Bu isə yolverilməzdir".

Sevinc iltifatqızı


Teqlər:  





Xəbər lenti