Televiziyalara xəbərdarlıq: “Ciddi cəzalandırılacaqlar”

Televiziyalara xəbərdarlıq: “Ciddi cəzalandırılacaqlar”
  08 Noyabr 2013    Oxunub:1314
Bu gün Milli Televiziya və Radio Şurasında (MTRŞ) şuranın və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun birgə mətbuat konfransı keçirilib.
Tədbir teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2013-cü ilin sentyabr-oktyabr aylarında aparılan monitorinqlərin nəticələri ilə bağlıdır.

AzVision.az-in məlumatına görə, konfransda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri, dilçi alimlər, teleradio yayımçılarının nümayəndələri iştirak edirlər. Tədbiri açıq elan edən MTRŞ-nın sədrinin müavini Qafar Cəbiyev bildirib ki, əsas məqsəd ötən müzakirədən keçən müddət ərzində teleradio məkanında dövlət dilindən istifadə sahəsində hansı dəyişiklərin olmasını öyrənməkdir:

"İndiki anda Azərbaycan teleradio məkanında dövlət dilindən istifadə ilə bağlı narahatlıqçılıq üçün əsas ola biləcək hər hansı bir çox ciddi problemimiz yoxdur. Aparılan monitorinq və müzakirələr isə sadəcə teleradio mətbəximizdə vəziyyətin daha yaxşı olması məqsədinə xidmət edir".

Sədr müavini çıxışında onu da vurğulayıb ki, yayımçılar özləri dövlət dilindən istifadə məsələlərində nümunə olmalıdır:. "İkincisi, media digər strukturlarda da dövlət dilindən istifadə məsələlərini daimi gündəmdə saxlamalıdır. Dilimizə sayğı göstərməyənlər, bu sahədə olan qanunlara məhəl qoymayanlar çox ciddi tənqid və müzakirə hədəfinə çevrilməlidir. Azərbaycanda teleradio yayımçılarının dövlət dilindən istifadəsində dinamika müsbətə doğru dəyişməkdədir. Lakin bu heç də o demək deyil ki, bu sahədə kifayət qədər problem yoxdur. Bəli, problemlər var, özü də onların sayı kifayət qədər çoxdur. Odur ki, işgüzar müzakirələrə ehtiyac var. Bugünkü tədbirimiz də bu məqsədə xidmət edir".

Qeyd edək ki, monitorinq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi, "Elektron Mediaya Yardım Fondu"nun "Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması" Layihəsi əsasında həyata keçirilib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti