Tanınmış aparıcılar lağa qoyuldu

Tanınmış aparıcılar lağa qoyuldu
  08 Noyabr 2013    Oxunub:2506
"Bütün özəl telekanallarda (qismən İTV istisna olmaqla) "Səhər" musiqili-informasiya proqramlarının aparıcılarının nitqi bəsitdir, zəngin söz ehtiyatına, natiqlik məharətinə malik deyillər. İki-üç saatlıq canlı efirdə tamaşaçı ilə ünsiyyət yaratmaq məsuliyyətli bir işdir. Bu proses aparıcılardan efirdən kənar vaxtlarda mütaliə etməyi də tələb edir. Əfsuslar olsun ki, bir çox hallarda efirə dəvət edilən qonaqların adı və titulu belə üzündən oxunularaq tamaşaçıya təqdim edilir. Bu təqdimatı əvvəlcədən oxuyub yadda saxlamaq çətin iş deyil".
AzVision.az-ın məlumatına görə, bu fikirlər MTRŞ-nin bu ilin sentyabr-oktyabr ayları üçün apardığı monitorinqlərin nəticələri haqqında hazırlanan hesabatda öz əksini tapıb.

Hesabatda özəl telekanallarda yol verilən qüsurlar da yer alıb. Belə ki, ANS-də efirə gedən "Günə baxan" verilişinin aparıcısı İlqar Mikayıloğlunun nitqi xalis Bakı dialektindədir.

"ATV xəbər"in aparıcıları Ceyhun Səfər və Günel Bəhramqızının nitqi çox sürətlidir. "ATV səhər"in aparıcısı Turan İbrahimovun nitqi aydın və zəngin deyil, sözləri dolaşıq tələffüs edir. ATV-də "İdman xəbərləri"nin aparıcısı Sənan Şəfizadənin nitqi aydın deyil. Sürətli danışdığı üçün hecaları çox qısa tələffüs edir, bəzi hecaları isə tələffüs etmir. "ATV olay"ın aparıcısı Mətanət Əliverdiyeva efirdə çox gərgin danışır.

İTV-də Saleh Bağırovun nitqində cümlədə söz sırası pozulur.

Space tv-də "Hər səhər" musiqili proqramı, sanki azyaşlı uşaqların yığıncağıdır. Bu verilişdə aparıcı ilə yanaşı, hamı danışır. Aparıcı Əlifin nitqi çox bəsitdir. Efirdə bəzən Salyan şivəsinə məxsus xüsusiyyətlərlə danışır.

Lider tv-də isə "Zəif bənd" verilişinin aparıcısının nitqi sürətlidir.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti