Ukrayna Rusiya qazından imtina etdi

Ukrayna Rusiya qazından imtina etdi
  12 Noyabr 2013    Oxunub:1368
Ukraynanın “Naftoqaz” şirkəti Rusiyanın "Qazprom" şirkətindən qaz almağı dayandırıb. AzVision.az “İnterfaks”a istinadən bildirir ki, bu barədə Rusiyanın Yanacaq-Energetika Kompleksinin mərkəzi dispetçer idarəsi məlumat yayıb.

Məlumata görə, oktyabr ayında Ukrayna şirkəti Rusiyadan 3,2 milyard kubmetr, yəni gün ərzində 104 milyon kubmetr qaz alıb. 6-7 noyabrda qaz nəqli sutkada 9 milyon kubmetrə düşüb, 8 noyabrda isə tamamilə kəsilib.

Məsələ 2 milyard dollar ötən borca görədir. “Qazprom” rəhbəri Sergey Kupriyanov isə bildirib ki, oktyabrda aldığı qaza görə “Naftoqaz” rusiyalı tərəfdaşına 1,355 milyard dollar borcludur. “Naftoqaz” avqustda aldığı qaza görə isə "Qazprom"a 792 millyon dollar borcludur. Sentyabrda aldığı qazın pulunu isə tam ödəyib.


Teqlər:  





Xəbər lenti