“Milli Məclisin ehtiyat fondu yaradılsın”- TƏKLİF

“Milli Məclisin ehtiyat fondu yaradılsın”- TƏKLİF
  12 Noyabr 2013    Oxunub:1403
“Milli Məclisin ehtiyat fondu yaradılmalıdır”.
AzVision.az xəbər verir ki, bu sözləri millət vəkili, Milli Dirçəliş Hərəkatının (MDH) sədri Fərəc Quliyev parlamentdə 2014-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı deyib.

O, bildirib ki, Milli Məclisdə nəzərdə tutulmayan tədbirlərin keçirilməsi, xüsusən də parlamentlərarası dostluq qruplarının daha da yaxşı fəaliyyət göstərməsi, yerlərdə fəaliyyətin daha da gücləndilməsi üçün bu fondun yaradılmaslı vacibdir.

Millət vəkili büdcədən partiyalara ayrılan vəsaitin azlığından da şikayət edib: “Başqa bir təklifim isə siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi ilə bağlıdır. Etiraf edək ki, ayrılan vəsait çox azdır. Dəfələrlə bu məsələ ilə bağlı hökumət qarşısında məsələ qaldırılıb, amma heç biri nəzərə alınmayıb”.

Fərəc Quliyev eyni zamanda müəllim və həkimlərin də maaşlarının qaldırılmasını təklif edib: “Ölkədə müəllimlər və həkimlərin maaşı çox azdır. Bu sahədə çalışan şəxslərin əmək haqqları artırılmalıdır”.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti