Millət vəkilinin ölümündə şübhəli bilinən şəxs tutuldu

Millət vəkilinin ölümündə şübhəli bilinən şəxs tutuldu
  08 Mart 2013    Oxunub:1478
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri millət vəkili Hikmət Atayevin avtomobil qəzasına düşərək ölməsi haqqında birgə məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, martın 7-də saat 21:40 radələrində Yevlax-Zaqatala-Gürcüstan yolunun Balakən rayonunun Poçtbinə kəndi ərazisində Milli Məclisin deputatı Hikmət Atayev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Balakən rayonu istiqamətində hərəkətdə olarkən əks istiqamətdən hərəkət edən Poçtbinə kənd sakini Şaban Qardaşovun idarə etdiyi “VAZ-21015” markalı avtomobillə toqquşub.

Nəticədə H.Atayev hadisə yerində vəfat edib, digər avtomobilin sürücüsü və sərnişini Vüsal Bodurov isə bədən xəsarətləri alıblar.

Rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gedərək mütəxəssislər və məhkəmə-tibbi ekspertin iştirakı ilə meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. İlkin araşdırmalarla Ş. Qardaşovun avtomobili sərxoş vəziyyətdə idarə etdiyi müəyyən olunub.

Faktla bağlı Balakən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərşəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə zəruri ekspertizalar təyin edilib, təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Cinayətin törədilməsində şübhəli bilinən Ş. Qardaşov tutularaq istintaqa cəlb olunub. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.


Teqlər:





Xəbər lenti