`Abşeron` yatağından ilk qaz 2020-ci ildə çıxarılacaq

`Abşeron` yatağından ilk qaz 2020-ci ildə çıxarılacaq
  13 Noyabr 2013    Oxunub:1509
Total E&P Azerbaijan: `Abşeron` yatağından ilk qaz 2020-ci ildə çıxarılacaq.
Azərbaycanın Xəzər sektorunda `Abşeron` qaz yatağında geoloji kəşfiyyatı və işlənməsinə cavabdeh olan Total E&P Azerbaijan şirkəti bu yataqdan ilk qazı 2020-ci ildə əldə etməyi planlaşdırır.

AzVision.az `biznesinfo.az`a istinadən xəbər verir ki, bu haqda şirkətin baş meneceri Kristian Judiselli `Azərbaycan və Xəzər dənizi: neft və qaz həftəsi - 2013` beynəlxalq konfransı zamanı bildirib.

K. Judiselli qeyd edib ki, şirkət tezliklə istehsala başlamaq niyyətindədir. `Hazırda `Abşeron` yatağının işlənməsinin kommersiya tərəfi araşdırılır. Yatağın inkişaf proqramı Azərbaycan Dövlət neft kompaniyasına təqdim olunacaq. Yalnız bundan sonra kəşfiyyat işlərinə keçmək olacaq`.


K. Judiselli onu da bildirdi ki, Total E&P Azerbaijan şirkəti artıq 2017-ci ilə tikinti müqaviləsin bağlamaq niyyətindədir. `İlk qiymətləndirmə yatağının işə başlanması da 2017-ci ilə nəzərdə tutulub. Yataqdan ilk qaz 2020-ci ildə alınacaq. Bizim məqsədimiz ilk etapda 3,5 milyard kubmetr qaz hasil etməkdir. Güman edilir ki, `Abşeron` yatağından hasil edilən qaz Gürcüstana nəql ediləcək`.

Xatırladaq ki, hazırki layihədə Total E&P Azerbaijan şirkəti ilə tərəfdaş qismində ARDNŞ və GDF SUEZ- də iştrak edir.


Teqlər:





Xəbər lenti