Morninqstar vətəndaşlarına xəbərdarlıq etdi

Morninqstar vətəndaşlarına xəbərdarlıq etdi
  09 Mart 2013    Oxunub:1372
Öz vətəndaşlarını sayıq olmağa və şəxsi təhlükəsizliyinə riayət etməyə çağırıb
ABŞ-ın Azərbaycandakı səfirliyi martın 10-da Bakıda keçirilməsi planlaşdırılan aksiya ilə əlaqədar öz vətəndaşlarını sayıq olmağa və şəxsi təhlükəsizliyinə riayət etməyə çağırıb.

Səfirliyin yaydığı müraciətdə ABŞ-ın Azərbaycandakı vətəndaşları aksiyanın keçiriləcəyi yerdən uzaq olmağa, insanların kütləvi şəkildə toplaşdığı yerlərdə ehtiyatlı olmağa və yerli xəbər stansiyalarının elanlarını izləməyə çağırılıb.

Qeyd edək ki, sabah Bakıda bir qrup gənc “Əsgər ölümünə son!” şüarı ilə aksiya keçirməyi planlaşdırır.


Teqlər:  





Xəbər lenti