Azərbaycan-İran sərhədində yeni gərginlik

Azərbaycan-İran sərhədində yeni gərginlik
  17 Noyabr 2013    Oxunub:1234
Bu dəfə gərginliyi İran yaradır.
Dünən Biləsuvar rayonunda, İran İslam Respublikası ilə sərhəddə vəziyyət normallaşsa da, bu gün səhər saatlarında İranın sərhəd keçid məntəqəsində yeni qaydaların tətbiq etməsi ilə yenidən buraxılış məntəqəsində yük avtomobillərinin böyük nöbəsi yaranıb AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, yeni qaydalara əsasən, qarşı tərəfə keçən avtomobillərinin yüklə birlikdə ümümi çəkisi 30 tondan yuxarı olmamalıdır. Sürücülərinin sözlərinə görə, İranın tətbiq etdiyi yeni qaydalar beynalxalq yükdaşıma standartlardan xeyli fərqlidir.

Maraqlıdır ki, hər iki tərəfə sərbəst keçən İrana məxsus yük avtomobillərinin əksəriyyətinin yükü 30 tondan yuxarı olasa da, onların keçidində heç bir məhdudiyyətlər yoxdur. Sürücülər deyirlər ki, qarşı tərəfə keçən yerli avtomobillərindəki yüklərin çəkisinin azladılması onların xərclərinin çoxalmasına, gəlirlərinin isə azlmasına səbəb olacaq.

Sərhəddən buraxılmayan bəzi yük avtomobil sürücüləri Biləsuvar sərhəd keçid məntəqəsində 30 tondan artıq olan yüklərini digər avtomobillərə boşaltmağa başlayıblar.

Qarşı tərəfdən gələn sürücülərin sözlərinə görə, dünən Biləsuvardan buraxılmış əksər yük avtomobilləri Culfa sərhəd keçid məntəqəsində saxlanıb. Sürücülərdən geri qayıdarıq yüklərinin çəkisinin azltmaları tələb olunduğu bildirlir. Hazırki saatlarda isə Naxçıvanda İranla sərhəddə 150-dən yuxarı yük avtomobili Muxtar Respublikaya buraxılmır.


Teqlər:





Xəbər lenti