***
(08:54)
Bakının Nizami rayonu ərazisində güclü yanğın başlayıb.
Azvision.az xəbər verir ki, hadisə 8-ci kilometr bazarının yaxınlığında yerləşən "Diqlas" ticarət mərkəzində qeydə alınıb. Əraziyə yanğınsöndürən briqadalar cəlb olunub.
Azvision.az -ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın ticarət mərkəzinə bitişik mağazalara da keçib. Bir neçə geyim mağazası tamamilə yanaraq külə dönüb. Hazırda yanğın hadisəsi davam edir.








Foto/Video: Şahin Sərdarov
Azvision.az